Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:26

Daxili İşlər Naziri jurnalistn qətlini sifariş etməkdə ittiham edilir


Ukrayna Baş prokurorluğu keçmiş Daxili İşlər nazirini 2000-ci ildə jurnalist Giorgiy Qonqadzenin qətlini sifariş etməkdə ittiham edib. Prokurorluğun yaydığı bəyanatda deyilir ki, mərhum nazir Yuri Kravçenko jurnalistin öldürülməsinə təhrik edib və qətlini sifariş edib.

Jurnalist Qonqadze 2000-ci ilin sentyabrında itkin düşmüşdü. Sonralar onun başı kəsilmiş meyidi Kiev yaxınlığında tapılmışdı.

Daxili İşlər Nazirliyinin keçmiş rəsmisi General Aleksey Pukaş jurnalistin qətlində
Iştirakını etiraf edib, həbs edilib. generaldan başqa daha 3 polis də qətldə iştirakdaka görə həbs olunub.

Daxili İşlər Naziri Kravçenko isə 2005-ci ildə müəmmalı şəraitdə intihar edib.

XS
SM
MD
LG