Avropa İnsan Haqları Məhkəməsi qətlə yetirilən erməni jurnalisti Hrant Dink işiylə bağlı Türkiyə dövlətinin əleyhinə qərar verib. Qərara əsasən dövlət qurumları 2007-ci ildə İstanbulda qətlə yetirilən Dinkin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyib. Jurnalistin söz azadlığı, yaşamaq hüququ və effektiv hüquqi müdafiə hüquqları pozulub.
Avropa Məhkəməsinin qərarıyla Türkiyə Dinkin yaxınlarına 133 min avro təzminat ödəməlidir.
Avropa Məhkəməsinin qərarıyla Türkiyə Dinkin yaxınlarına 133 min avro təzminat ödəməlidir.