Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 19:44

Daha bir İran diplomatı Qərbə üz tutdu



İran müxalifətinin təmsilçiləri deyirlər ki, Belçikada olan İran diplomatı istefa verib.
"Yaşıl dalğa müxalifət hərəkatı deyir ki, İranın Brüsseldəki səfirliyinin mətbuat attaşesi Fərzad Fərhəngiyan ötən beşinci günü Osloya gedib.
Norveçdə keçmiş İran konsulu Məhəmməd Rza Heydəri təsdiqləyib ki, Fərhəngiyan səfirliyi məlumatlandırdıqdan sonra oranı tərk edib və bu barədə heç kəsə bir söz demədən bura gəlib.

Heydərinin özü də bu ilin yanvar ayında istefaya gedib və Norveçdən sığınacaq alıb. İranın Finlandiyadakı səfirliyinin yüksək rütbəli məsləhətçisi Hüseyn Əlizadə də İranda mövcud vəziyyətə etiraz olaraq istefa veriblər.
XS
SM
MD
LG