Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında qısamüddətli yağışlar yağacağı gözlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 14-də Bakıda havalar dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ancaq axşam yagış yaçması gözlənir.
Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-22 dərəcə, gündüz 25-30 dərəcə olacaq.
Sentyabrın 15 və 16-da da hava dəyişkən buludlu olacaq.
Bölgələrdə də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.