Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 09:35

İranlı qadın girov müqabilində azadlığa buraxılıb


"Tanrıya qarşı çıxmaqda" günahlandırılan İranlı qadın müdafiəçisi və jurnalisti 500 min dollar girov məbləğində buraxılıb.
26 yaşlı Şiva Nazar Ahari birinci dəfə 2009-cu il prezident seçkilərindən sonra həbs olunub və üç aydan sonra girov müqabilində azadlığa buraxılıb. O yenidən ötən ilin dekabrında müqəddəs Qum şəhərində dissident dini xadim Ayatollah Hüseyn Əli Montazerinin dəfninə gedərkən həbs olunub.
XS
SM
MD
LG