Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

Vladiqafqaz bazarında əvvəllər də partlayışlar olub


 «Bu, Vladiqafqaz bazarında baş vermiş birinci partlayış deyil»
«Bu, Vladiqafqaz bazarında baş vermiş birinci partlayış deyil»
Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda intiharçının maşında törətdiyi partlayışda ilkin məlumatlara görə, 20-yə yaxın adam həlak olub. Aralarında uşaqlar da olmaqla 80-dən çox da yaralı var. Yaralıların bəzilərinin vəziyyəti ağırdır. Hadisə günorta saatlarında şəhərin ən gur mərkəzi bazarının girişində baş verib.

Şimali Osetiyanın Daxili İşlər naziri hadisədə istifadə edilən «Volqa» markalı maşının qonşu İnquşetiya Respublikasında qeydiyyatda olduğunu bildirib.

Rusiya Baş Prokurorluğunun sözçüsü Vladimir Markin bu hadisə ilə bağlı terrorçuluq maddəsi ilə cinayət işi başlandığını bildirir:

«Sentyabrın 9-u yerli vaxtla saat 11:20-də intiharçı Vladiqafqaz şəhərinin mərkəzi bazarının girəcəyində maşına yerləşdirdiyi partlayıcı maddəni işə salıb. Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin üç maddəsi - terrorçuluq, iki və daha çox adamı öldürmə, qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb».

Vladiqafqazda partlayış
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

BAZARIN GİRƏCƏYİNDƏ DAHA BİR PARTLAYICI MADDƏ TAPILIB,


amma o, partlamayıb.

Rusiyanın Baş naziri Vladimir Putin Rusiya müsəlmanlarının Müftilər Birliyinin rəhbəri ilə görüşdə deyib ki, bu cür hadisə vətəndaşlar arasında düşmənçiliyin qızışdırılmasına yönəlib. Putin Müftilər Birliyindən terrorçuluqla mübarizədə yardım gözlədiklərini deyib.

Şimali Qafqaz Kreml üçün başağrısı mənbəyi olaraq qalmaqda davam edir. Sentyabrın 4-də də Dağıstanda
Aralarında uşaqlar da olmaqla 80-dən çox da yaralı var
Rusiya ordusunun bazası yaxınlığında maşında partlayış törədilmiş, beş nəfər həlak olmuşdu. Ondan bir neçə gün əvvəl də Dağıstan rəsmilərinə qarşı sui-qəsd cəhdi olmuşdu.

Təhlilçilər bildirirlər ki, hədsiz kasıblıq və Rusiya təhlükəsizlik qüvvələrindən narazılıq regionda ən böyük problemlərdəndir.

BU, BİRİNCİ PARTLAYIŞ DEYİL

AzadlıqRadiosunun rus xidmətinin keçmiş əməkdaşı Alan Tsxurbayev eyni bazarda bundan əvvəl də çox sayda insan tələfatı ilə nəticələnmiş partlayışlar olduğunu deyir:

«Bu, Vladiqafqaz bazarında baş vermiş birinci partlayış deyil. 1999-cu ilin əvvəlində də burada törədilmiş partlayışda 52 nəfər həlak olmuşdu. Məncə, bu, həmin bazarda, yaxud onun yaxınlığında baş verən dördüncü partlayışdır».

Bugünkü partlayış həm də Moskvada 94 nəfərin ölümü ilə nəticələnmiş yaşayış binasının partladılmasının 11-ci ildönümü günü törədilib. O zaman Kreml buna görə çeçenləri təqsirləndirərək həmin hadisədən Çeçenistanda ikinci müharibənin başlanması üçün əsas kimi istifadə etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG