Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:28

Avropa Birliyi Serbiyanın addımını alqışlayıb


Avropa Birliyi Serbiyanın Kosovoyla bağlı BMT-nin təhlükəsizlik şurasına təqdim olunacaq qətnamənin layihəsində dəyişiklik etməsini alqışlayıb.

Serbiya prezidenti Boris Tadiç gələcək dialoqa yol açan yeni forma tapıldığını bəyan edib.

Belqradla Priştinanı danışıqlara çağıran yeni qətnamə layihəsində Serbiyanın əvvəllər təkid elədiyi kimi, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan eləməsinin qanunsuz olduğu göstərilmir.

Brüssel Serbiyanın bu addımını alqışlayıb.

Avropa Birliyi Belqrada xəbərdarlıq eləmişdi ki, layihənin mətninin kəskin olaraq saxlanılması Serbiyanın birliyə qəbulunu əngəlləyir.
XS
SM
MD
LG