Sentyabrın 7-də Lənkəran şəhərində bir qrup dindarla polis arasında qarşıdurma olub. İnsidentin iştirakçısı olmuş dindarlardan Tohidi İbrahimbəylinin AzadlıqRadiosuna dediyinə görə, yüzdən çox dindar dəmiryolu vağzalının yanındakı parka toplaşaraq beş gün əvvəl həbs edilən ruhani Qismət İsayevin azadlığa çıxmasını gözləyirmişlər.
Polis onların dağılışmasını tələb edəndə, dindarlarla polislər arasında qarşıdurma yaranıb. Bu ərəfədə dindarlara məlum olub ki, Qismət İsayevin həbs müddəti daha iki gün uzadılıb:
Tohidi İbrahimbəyli: «Polis gəldi ki, «burdan gedin, lazım deyil kimisə qarşılamaq». Biz öz din qardaşımızı qarşılamaq üçün yığışdığımızı dedik. Bir az sonra Lənkəranın xüsusi təyinatlı polislərini tökdülər üstümüzə. Hamını döyməyə başladılar, otuz iki nəfəri isə tutub apardılar polis şöbəsinə. Şöbədə də uşaqları vurdular».
Polis Qismət İsayevin Lənkərandakı ikinci «Cümə» məscidində qanunsuzluğa yol verdiyinə görə həbs edildiyini bildirir.
DİNDARLAR CƏRİMƏ EDİLİB BURAXILIB, BİR NƏFƏRDƏN BAŞQA
Döyülənlər içərisində İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə də olub. Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, sentyabrın 8-də bir nəfər istisna olmaqla Lənkəran şəhər Məhkəməsi saxlanılan dindarların hamısının 20 manat cərimə olunaraq sərbəst buraxılması haqqında qərar çıxarıb. Bir nəfərin işinə isə bir neçə gün sonra baxılacağı bildirilib.
DİNDARLAR, TAPANÇA VƏ GÖZYAŞARDICI QAZ…
R.Axundzadənin sözlərinə görə, dəmiryolu vağzalının yaxınlığındakı «Həzi Aslanov» adına parkda sakit dayanan dindarlara əvvəlcə polislər təzyiqlər ediblər, daha sonra isə əraziyə bir neçə maşın qara maskalı xüsusi təyinatlı polislər gəlib:
«Onlara, «qruppa zaxvata» deyərlər, qara maskada əllərində avtomat, tapança…Mən tapança atıldığını gördüm, sonra da gözyaşardıcı tüstü buraxan şaşkalar atdılar».
«DİNDARLAR XULİQANLIQ EDİBLƏR»
Lənkəran Polis İdarəsi baş verən qarşıdurmanı təsdiqləyir və bunu bir qrup dindarın asayişi pozmasıyla əlaqələndirir. Polis idarəsindən növbətçinin AzadlıqRadiosuna dediyinə görə, hadisə dindarların beş gün əvvəl Lənkəran «Cümə» məscidindəki davaya görə həbs edilən Qismət İsayevin azadlığa çıxmasını gözləyən zaman baş verib. Dindarlar polisin ərazini tərk etmək göstərişinə əməl etməyiblər:
«Həbsdə olan dindarın dostları dəmiryolu vağzalında hay-küy salıblar, xuliqanlıq ediblər. Polis də buna müdaxilə edib və hamısını gətirib şöbəyə».
Polis aksiyanın dağıdılması zamanı silahdan və gözyaşardıcı qazlardan istifadəni təkzib edir.
«DİNDAR HAKİMİYYƏTİ TƏNQİD ETDİYİNƏ GÖRƏ HƏBS EDİLİB»
Yerli mətbuatda gedən məlumatlara görə, əsl narazılıq əslində Lənkərandakı «Cümə» məscidinə axundluq üstündə baş verib. Belə ki, dindarlardan bir qrupu istəyir ki, həbsdə olan Qismət İsayev məscidin axundu olsun. Məscidin hazırkı axundu isə bunu istəmir. Lənkəran sakini Tohidi İbrahimbəyli iddia edir ki, Qismət İsayevi məscidin indiki axundu həbs etdirib. Onun dediyinə görə, Q.İsayev Lənkəran «Cümə» məscidinə gələndən sonra onun apardığı dini təbliğat və gənclərin məscidə axını indiki axundu qane etməyib.
QİSMƏT İSAYEVİN SİYASİ ÇIXIŞLARI
İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə isə Qismət İsayevin həbsini cümə xütbələrində hakimiyyətin və yerli icra qurumlarının siyasətini tənqid edən çıxışları ilə əlaqələndirir.
Ruhullah Axundzadə deyir ki, hakimiyyətin yerlərdəki siyasətini pisləyən çıxışlara görə, bir qrup dindara qarşı çoxdan təzyiqlər başlanmışdı. R.Axundzadə deyir ki, hazırda həbsdə olan Qismət İsayevin ailəsinə onun həbsinin daha iki gün uzadıldığı bildirilsə də, onun araşdırmalarından məlum olub ki, həbsin iki gün artırılması Qismət İsayevə qarşı cinayət işinin açılacağı ilə bağlıdır.
Polis təzyiqinə məruz qalan digər dindarlar da həbsdə olan ruhaninin «Cümə» məscidinə axund seçilməsi iddiasında olmadığını deyirlər.
HADİSƏNİN BAŞ VERMƏSİNDƏ DİGƏR EHTİMALLAR
Lənkəranda dindarların təzyiqlərə məruz qalmasında və həbs edilməsində şəhərdəki digər «Cümə» məscidinin axundu Hacı Sədinin adı çəkilir.
Hacı Sədi AzadlıqRadiosuna müsahibəsində baş verən hadisələrdə həbsdə olan Qismət İsayevi və aksiya keçirən dindarları günahkar saydı, ancaq özünün baş verən hadisələrə hər hansı bir aidiyyatı olmadığını deyir. Onun sözlərinə görə, bir neçə gün əvvəl İranda təhsil almış Qismət İsayev və daha bir dindar şəhərdəki ikinci «Cümə» məscidinin axunduna və onun köməkçisinə təzyiqlər edib, hətta mikrafonu onların əllərindən alıblar.
Bundan sonra axund və onun köməkçisi polisə müraciət edib. Polis də şikayətə uyğun olaraq həmin adamları həbs edib. Həbs edilənlərdən biri elə həmin gün buraxılsa da, məhkəmə Qismət İsayev haqqında beş günlük həbs qərarı çıxarıb.
Dindarlara qarşı polis təzyiqlərinin olması digər bir məsələ ilə də əlaqələndirilir. Bəzi qəzetlərin yazdığına görə, Milli Təhlükəsizlik Nazirliyi Lənkəranda narkomaniyaya qarşı əməliyyat keçirən zaman bir neçə dindar həbs edilib. Bundan sonra Lənkərandan və ətraf rayonlardan gələn dindarlar həmin şəxslərin günahsız yerə həbs olunduğunu bildirmək üçün polis idarəsinin qarşısına gəliblər və elə qarşıdurma da bundan sonra baş verib. Amma bu ehtimalları həm polis, həm də dindarlar təkzib edirlər.