Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

«Atəşi məscidə açmayıblar»


Sentyabrın 3-nə keçən gecə Lənkəran rayonunun Qumbaşı kəndində məscid yaxınlığında silahdan atəş açılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Lənkəran şəhər prokuroru Ramiz Nəbiyev AzadlıqRadiosuna bildirib ki, hadisə şəxsi zəmində baş verib və bəzi mətbu orqanların yazdığı kimi məsciddə yox, mağaza qabağında baş verib.

Ramiz Nəbiyevin sözlərinə görə, atəş açan şəxslər Masallı rayon sakinləri olub və onlar Emin Bəşirovu axtarıblar. Axtardıqları adamı tapmayanlarla kənd sakinləri arasında mübahisə baş verib.

Qumbaşı kənd sakinlərindən birinin AzadlıqRadiosuna dediyinə görə, camaat gecə vaxtı məscidə «Əhya gecəsi»nə toplaşıblarmış.

«Media forum» saytının məlumatına görə, iki nəfər saxlanıb, prokuror Ramiz Nəbiyev Azadlıq Radiosuna bildirib ki, hazırda şahid ifadələri alınır və hadisədə günahı olanlar axtarılır.

***

Sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi silahlı insident baş verib.

Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə «Vinçestr» markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.

Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Araşdırma gedir. /APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG