Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Məhəmməd peyğəmbərin karikaturasını çəkənə mükafat verilir


Sentyabrın 8-də Məhəmməd peyğəmbərin karikaturalarını çəkən danimarkalı Kurt Westergaarda Almaniyada nüfuzlu media azadlığı mükafatı verilir.

Təşkilatçılar bildirib ki, M100 Media Mükafatı ona «ölümlə hədələnməsinə baxmayaraq, media və fikir azadlığına israrlı bağlılığına» görə verilir.

Almaniya Kansleri Angela Merkelin də mərasimə müraciəti gözlənir.

Westergaar Məhəmməd peyğəmbərin 12 karikaturasını çəkib, ilk karikatura 2005-ci ildə nəşr olunandan sonra müsəlman dünyasının etirazı ilə qarşılanıb.

O vaxtdan öldürüləcəyi ilə hədələnən 75 yaşlı rəssam hələ də polisin xüsusi mühafizəsi altında yaşayır.
XS
SM
MD
LG