Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:57

Qərb bölgəsində kartof bol olub


Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Bakıxan Bağırovun verdiyi məlumata görə, bu il bölgədə 28 min 624 hektar sahədə kartof əkilib ki bu isə ötən illə müqayisədə 800 hektar çoxdur:

«Ötən il bölgədə 534 min 717 ton kartof yığıldığı halda bu il 540 min tondan çox məhsul tədarükü planlaşdırılır. Bu il hava şəraitinin qeyri normal olması kartofun məhsuldarlığına da təsir göstərdi. Kartof əkini yağmurlu havanın təsirindən geciksə də məhsuldarlıq çox aşağı olmayacaq».

B. Bağırovun sözlərinə görə artıq bir həftədir ki, Gədəbəy rayonunda kartof yığımına başlanılıb. Bu günə kimi rayonda 2484 hektar sahədən 23 min 318 ton kartof tədarük edilib.
XS
SM
MD
LG