Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

«Avropa Birliyi cəbhədəki olaylardan narahatdır»


Avropa Birliyi son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən narahatdır.

Azərbaycana səfər edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu bəyanatla çıxış edib.

O, Azərbaycan hərbçilərinin meyitinin erməni tərəfində qalması ilə bağlı məsələyə şərh vermək istəməyib:

«Son vaxtlar cəbhədə tez-tez baş verən insidentlər bizi narahat edir. Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır. Meyitlə bağlı məsələyə gəldikdə, mən detalları şərh etmək istəmirəm. Çünki bu, ATƏT-in işidir, bu məsələ ilə məşğul olan başqa humanitar təşkilatların işidir. Məsələ həll olunmamış mən buna şərh vermək istəmirəm».

AB rəsmisi bildirib ki, bu məsələlərlə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur.

«ATƏT müşahidə missiyasını həyata keçirir, danışıqlar aparır. Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla məşğuldur. Əlbəttə ki, Avropa Birliyi beynəlxalq hüquqlara və insan hüquqlarına riayət olunmasının tərəfdarıdır. Amma, təkrar edirəm, konkret olaraq bu məsələdə detallar həll olunmamış mən bu məsələyə şərh vermək istəmirəm. Mən, əlbəttə ki, Qarabağ məsələsini müzakirə etmək istəyirəm. Biz ümid edirik ki, ATƏT həmsədrləri bu məsələni araşdırmağa kömək edəcəklər və sülhməramlı fəaliyyəti irəli aparacaqlar», Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib./ANSPRESS/
XS
SM
MD
LG