Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Əsgər intihar edib


Azərbaycan ordusunun daha bir əsgəri intihar edib.

Abşeron rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Sadıqov Tacəddin Nurəddin oğlu avqustun 10-da xidmət etdiyi, Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədən qaçıb.

Valideynləri onu xidməti yerinə geri qaytarmaq istədikdə isə əsgər sirkə turşusu içərək özünü öldürmək istəyib. O, valideynləri tərəfindən avqustun 23-də Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intiharın səbəbləri araşdırılır.

Avqustun 31-də isə Biləsuvar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 19 yaşlı Ələddin Əlifağa oğlu Cəlilov əlindəki avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralamışdı.

Elə həmin gün Tərtər rayonunda Ermənistan Silahlı Qüvvələri ilə atışma nəticəsində 2 Azərbaycan əsgəri həlak olub.
XS
SM
MD
LG