Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Həmsədrlər gəlir


ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Robert Bradtke
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Robert Bradtke
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Robert Bradtke və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 6-da Bakıya səfər edəcək. Məlumatı fransalı həmsədr Bernar Fasyeyə istinadən ANSPRESS yayıb.

Həmsədrlərin sentyabrın 7-də rəsmi şəxslərlə görüşlər keçirəcəyi gözlənilir.

Səfərin məqsədi Minsk qrupunun fakt-araşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdırmaqdır.

Ermənistan Xarici İşlər Nazirliyi həmsədrlərin sentyabrın 8-də Xankəndinə, 9-da isə Yerevana səfər edəcəyi barədə məlumat yayıb.
XS
SM
MD
LG