Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Elmar Məmmədyarov: «Məncə, Ermənistan danışıqlarda irəliləyişə nail olmaq istəmir»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«İki görüş sonra biz yenidən müzakirə etdiyimiz məsələlərə qayıdırıq».

Bu açıqlamanı jurnalistlərə Almatıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov verib. O artıq Ermənistanın doğrudan da münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq istəyinə şübhə ilə yanaşdığını deyib:

«Şəxsən məndə belə fikir formalaşıb ki, Ermənistan hansısa irəliləyişin əldə olunmasını, stabilliyin bərqərar olmasını istəmir. Baxmayaraq ki, onlar deyirlər ki, irəliləyişə nail olmaq istəyirlər. Ermənistan elə məsələlər qaldırır ki, hazırkı mərhələdə bu məsələ üzərində işləmək mümkün deyil. Məsələn, Dağlıq Qarabağın statusu məsələsi. Həmsədrlər isə öz prinsiplərini irəli sürərək məsələlərin mərhələli şəkildə həllini təklif edirlər. İlk növbədə ən çətin məsələni həll etmək lazımdır. Bu, torpaqların işğaldan azad olunması məsələsidir. Yalnız bundan sonra iki ölkənin xalqları arasında hansısa əlaqələrdən danışmaq olar».

Nazir qeyd edib ki, Azərbaycan tərəfi 5 rayon geri qaytarılacağı təqdirdə bütün kommunikasiyaların açılmasına razıdır: «Bu dəfə bu alınmadı, lakin səbirli olmaq və işi davam etdirmək lazımdır». / APA /

HƏMÇİNİN OXU:

MİNSK QRUPUNA HƏMSƏDRLIK EDƏN ÖLKƏLƏRİN XİN RƏHBƏRLƏRI ALMATI GÖRÜŞÜ İLƏ BAĞLI BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİBLƏR
XS
SM
MD
LG