Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 08:53

İstanbul-Bakı avtobusu qəzaya uğrayıb


Bu gün səhər saatlarında Ağstafa rayonunda İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb.

Qəza saat 05.30 radələrində Dağ Kəsəmənli kəndi ərazisində baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbuldan gələn “Mercedes” markalı avtobusun qarşısına nəqliyyat vasitəsi çıxdığından sürücü idarəni itirib.

Nəticədə avtobusun sürücüsü Coşqun adlı şəxs hadisə yerində keçinib, Oruc adlı köməkçisi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq rayon xəstəxanasına düşüb.
İstintaq gedir.


XS
SM
MD
LG