Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:43

Azərbaycan ordusunun çavuşunun əsirlikdə olduğu təsdiqlənib


Ermənistanın dövlət orqanları Azərbaycan ordusunun kiçik çavuşu Roman Novruz oğlu Hüseynovun erməni əsirliyində olduğunu təsdiqləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova «Media forum» saytına açıqlamasında deyib ki, qurumun Ermənistan nümayəndəliyinə göndərdikləri sorğuya cavab alıblar:

«Ermənistan Müdafiə Nazirliyi çavuşun əsir götürülməsi faktını təsdiqləyib. BQXK-nin Ermənistan nümayəndəliyi yaxın vaxtlarda əsirlə görüşmək üçün səy göstərir».

1985-ci il təvəllüdlü Roman Hüseynov avqustun 27-də Dağlıq Qarabağ bölgəsinin şimalında əsir düşüb.
XS
SM
MD
LG