Gürcüstanın Daxili İşlər Nazirliyi rusiyalıların ölkədə təqib olunması, cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı Rusiya tərəfinin ittihamını rədd edib.
Azadlıq Radiosunun müxbirinin məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyi analitik informasiya departamentinin rəhbəri Şota Utiaşvili bildirib ki,hazırda
Gürcüstan ərazisində minlərlə Rusiya vətəndaşı var və onalra heç bir maneə törədilmir.
Utiaşvilinin sözlərinə görə, yalnız Gürcüstana Cənubi Osetiya və Abxaziya ərazisindən keçən xaricilər cəzalandırılır, sərhəddi pozduqlarına görə cərimə olunurlar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında gedən bugünkü məlumatda rusiyalıların Gürcüstana səfər etməmələri məsləhət görülür.