Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 22:33

Dunya Miyatoviçin səfəri təxirə salındı


ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana planlaşdırdığı səfəri təxirə düşüb.

ATƏT-in Bakı ofisindən verilən məlumata görə, Dunya Miyatoviçin səhhətində problemlər yarandığından o, səfəri təxirə salmalı olub.

Xanım Miyatoviçin səfəri sentyabrın 6-9-na planlaşdırılmışdı.

Səfərin yeni tarixi yaxın günlərdə ictimaiyyətə bildiriləcək.
XS
SM
MD
LG