Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 12:43

BMT Azərbaycana minnətdarlıq edib


Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökumətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həcmdə humanitar yardımına görə minnətdarlığını bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, zəlzələ ilə əlaqədar Haiti Təcili Yardım Fondunda ümumilikdə 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı toplanıb. Həmin məbləğin 65 milyonu insan həyatının xilas edilməsi əməliyyatlarında istifadə edilib.
XS
SM
MD
LG