Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 00:08

Hüquq müdafiəçisi həbs edilib


Avqustun 30-da Belorusun qərbində Berastse şəhərində tanınmış insan haqları fəalı Raman Kislyak həbs edilib. Onu küçədə vərəqə paylayarkən həbs ediblər. Həmin vərəqədə vətəndaşlar Belorusun insanların oğurlanması əleyhinə koalisiyaya qoşulmasını müdafiə etməyə çağırılırdı.

Hüquq-müdafiçisinə qarşı rəsmi ittiham haqqında hələlik məlumat yoxdur.

Son illər Belorusda bir neçə siyasi fəallar və jurnalistlər itkin düşüb. Avqustun 30-u həm də Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd edilir.
XS
SM
MD
LG