Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:38

Anti-semitizm fikirli bankir kitabını təqdim edir


Almaniya Mərkəzi Bankının İdarə heyətinin üzvü Thilo Sarrazin avqsutun 30-da kitabının təqdimat mərasimini keçirir. Kitab “Almaniya özünü məhv edir: Biz millətimizin gələcəyi ilə necə risk edirik” adlanır.

Bu kitabın təqdimat mərasimindən əvvəl verdiyi müsahibədə Mərkəzi bankın veteranlarından olan Thilo Sarrazin yəhudilər əleyhinə “onların hamısı eyni geni daşıyırlar” kimi fikirlər səsləndirib. O, həmçinin Almaniyadakı türk, ərəb icmalarına qarşı təhqiramiz ifadələr işlədib.

Almaniya kansleri bankirin bu ifadələrinin tamamilə yolverilməz olduğunu deyib və Mərkəzi Bankı onu işdən qovmağa çağırıb.
XS
SM
MD
LG