Bu gün saat 13.00-a yaxın Binəqədi rayonunun 50-yə yaxın sakini evlərinin sökülməsinə etiraz olaraq Prezident Administrasiyasına gəlib. Prezident Administrasiyasının qəbul otağının qarşısında polis dəstələri onları saxlayaraq avtobuslara əyləşdirib və Binəqədi rayon İcra Hakimiyyətinə yola salıb.
“Turan” agentliyi xəbər verir ki, polis şikayətçilərin jurnalistlərlə danışmasına imkan verməyib və aksiyanı çəkən bir neçə jurnalisti saxlayıb.
Vətəndaşların narazılığına onların evlərinin sökülməsi və Binəqədi qəbiristanlığının köçürülməsi, bu yerdə isə yeni metro stansiyasının tikilməsi ilə bağlı planlar səbəb olub.