Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

Vladimir Putin yenidən prezident olmaq istəyir


“Kommersant” qəzetinə geniş müsahibısində Rusiaynin Baş naziri Vladimir Putin yenidən ölkənin prezidenti olmaq niyyətinə eyham vurur:

Mən bundan (prezident vəzifəsindən – tərc.) ötrü əldən getmirəm. Amma başqalari kimi bununla maraqlanıram. Bəlkə də başqalarından da artıq maraqlanıram

Vladimir Putin əlavə edir ki, prezident seçkiləri ilə bağlı siyasi mübarizə bəzəzn cəmiyyətin və dövlətin diqqətini iqtisadi və sosial problemlərin həllindən yayaındırsa da, ölkənin və cəmiyyətin rəqabətə davamlığını təmin etmək üçün zəruridir.

Vladimir Putin 2000-2008-ci illərdə Rusiyanın prezidenti olub. Rusiya qanunları ona ardıcıl olaraq 2 dəfə bu vəzifəyə seçilməyə imkan vermədiyindən. 2008-ci ilin mayında o, prezident vəzifəsini Dmitriy Medvedyevə təhvil verib, ölkənin baş naziri vəzifəsinə təyin olundu.

Növbəti prezident seçkiləri Rusiyada 2012-ci ildə keçiriləcək.

XS
SM
MD
LG