Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:59

Azərbaycan Qazaxıstan taxılının əsas müştərisi olacaq


Azərbaycan və Rusiya Qazaxıstan taxılının əsas idxalçıları olacaqlar.

AzərTAc xəbər verir ki, miqyasına görə dünyanın yeddinci buğda ixracçısı olan Qazaxıstanın bu il 14 milyon tona qədər taxıl istehsal edəcəyi gözlənilir.

«Qazaxıstan Ərzaq Korporasiyasının kommersiya departamentinin direktoru Kazbek Ömərovun sözlərinə görə, Azərbaycan və Rusiya Qazaxıstanın taxıl ixrac edəcəyi əsas ünvanlardır. İrana isə əksinə, ixracın həcmi azaldılacaq».

Kazbek Ömərov Qazaxıstanın bu il kənd təsərrüfatı istehsalçılarından 2 milyon tondan çox buğda almağı planlaşdırdığını da bildirib.
XS
SM
MD
LG