Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Karter Şimali Koreyada mühakimə olunan amerikalını azad edib


ABŞ-ın keçmiş prezidenti Cimmi Karter Şimali Koreyada mühakimə olunan amerikalı Aycalon Homesin azad olunmasına nail olub.

Razılaşma Karterin avqustun 26-da Şimali Koreyaya səfəri zamanı əldə olunub. Bu gün keçmiş prezident Karterlə Homes Pxenyandan Amerikaya gəlib.

Aycalon Homes Çinlə Şimali Koreya arasındakı sərhədi qanunsuz keçməkdə ittiham olunaraq 8 il azadlıqdan məhrum edilmişdi. Şimali Koreya mətbuatı yazırdı ki, o, depressiyaya düşüb və intihara cəhd edib.

XS
SM
MD
LG