Türkiyənin xarici işlər Naziri Əhməd Davudoğlu Konya vilayətində referendum qabağı əhali ilə görüş zamanı bəyan edib ki, Türkiyə Ermənistanla sərhədlərini hətta müvəqqəti də olsa, açmayacaq.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu deyib ki, Türkiyə və Ermənistanın sentyabrın 11-17-də iştirak edəcəyi NATO təlimləri humanitar məqsəd daşıyır:
«Bu zəlzələ kimi fəlakətlərdə meydana gələ biləcək hallarla əlaqədar olan təlimdir. Türkiyə NATO-nun üzvü olduğu üçün təbii ki, bu təlimlərə qatılacaq. Ancaq Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür. Bu mövzu gündəmdə deyil», Davudoğlu vurğulayıb.