Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:11

Önəmli olan şey imzalanmış protokolların qüvvədə qalmasıdır


Abdullah Gül və Serj Sarkisyan Bursada, 14 oktyabr 2009
Abdullah Gül və Serj Sarkisyan Bursada, 14 oktyabr 2009
Sami Kohen («Milliyyət»)

SADƏCƏ, PROSES YAŞAYIR

Başda ABŞ olmaqla maraqlı dövlətlər Qarabağ probleminə görə Sürix protokollarını Məclisdən keçirmədiyi üçün Türkiyəni tənqid edir və daimi təzyiq altında saxlayırlar. Bu baxımdan Sarkisyana yazılan məktub dünyaya da mesajdır ki, Ankara bu protokolları rəfə qoymaq niyyətində deyil.

Baş nazir bunu sübut etmək üçün Sarkisyana Vaşinqtonda görüşməyi təklif etdi. Gələn həftə reallaşacaq bu görüş əlaqələrin liderlər səviyyəsində davam etdiyinin əyani göstəricisi olacaq. Belə bir atmosferin yaradılması təbii ki, önəmlidir. Ancaq həqiqətdə nə olacaq? Prosesdəki tıxanma necə aradan qaldırılacaq?

Ermənistan hökuməti protokolları öz parlamentindən keçirməyə hazırdır. Onlar indiyə qədər «Əvvəlcə türk parlamenti təsdiq etsin» deyirdilər. Ancaq indi bunun Sarkisyanın Vaşinqtona səfərindən əvvəl reallaşması ehtimalı var. Amma hal-hazırda Ərdoğan hökuməti bu protokolları Məclisdən keçirə biləcək vəziyyətdə deyil...

Bütün bunlara baxmayaraq, önəmli olan şey imzalanmış protokolların qüvvədə qalması və təmas prosesinin yaşamasıdır. Bunun əksi bundan daha yaxşı nəticə verməz.

Ferai Tınç («Hürriyyət»)

ERMƏNİSTAN İLƏ DOLANBACLARIN SƏBƏBİ

AKP hökumətinin işi asan deyil. ABŞ və Avropa Birliyinin təzyiqləri nəticəsində prosesin canlandırılması təbii ki, heç bir iş görməməkdən daha yaxşıdır.

Amma bundan sonra nə olacaq? Hökumət protokolları Məclisin gündəliyinə gətirə biləcəkmi?

Parlamentin başı Konstitusiya dəyişikliyinə dair mübahisələrə qarışıb. Bu vəziyyətdə Ermənistan ilə imzalanmış protokolların Məclisə təqdim ediləcəyini mən düşünmürəm. Hər şeydən əvvəl referenduma hazırlaşan AKP hökuməti buna cəsarət etməz.

Ermənistan iqtidarı isə protokolları parlamentə təqdim etməyə hazırlaşır. Bu isə yaxın günlərdə işlərin daha da çətinləşə biləcəyini düşünməyə əsas verir.

Vaşinqtonda Türkiyə və Ermənistan ictimaiyyətlərinin qəbul edə biləcəyi yeni bir formul hazırlanır. Bunun işə yarayacağını umuram. Çünki təcili qərarlar qəbul edilməsinin, can-dərdi əl sıxışmalarının faydası olmur...

Yaxınlaşmada səmimiyyət və realizm olmazsa, zorla açılan yollar da istər-istəməz ziqzaqlı və yorucu olur .

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG