Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

Gürcüstan Rusiyanı bir daha ittiham edib


Gürcüstan Rusiyanın Cənubi Osetiyada S-300 raket kompleksi yerləşdirməsini ittiham edib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İmedi televiziyasına müsahibəsində raket kompleksinin Tsxinvali rayonunda yerləşdirildiyini deyib.

Rusiya ayın əvvəllərində Abxaziyada S-300 raket kompleksi yerləşdirildiyini bəyan eləsə də Cənubi Osetiyada bu cür kompleksin yerləşdirilməsini rədd edib.

Rusiya Gürcüstanın separatçı bölkələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyır.

Beynəlxalq aləm və Tbilisi bu bölkələri Gürcüstanın tərkib hissəsi hesab edir.





XS
SM
MD
LG