Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Azərbaycanlı alim İran şirkətini məhkəməyə verir


İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev bu ölkənin «Sazan Elektronics İndustry» şirkətindən məhkəməyə şikayət edəcək. Bunu Rəşid Əliyev avqustun 24-də keçirdiyi mətbuat konfransıında deyib.

«Trend»in məlumatına görə, Rəşid Əliyev bildirib ki, 10 gündür həbsdən evə buraxılıb: «Səhhətimlə bağlı ciddi problem var. «Sazan Elektronics İndustry» şirkətini məhkəməyə verməyi düşünürəm».

Rəşid Əliyev daha sonra vurğulayıb ki, o, İran şirkəti ilə gizli layihələr həyata keçirmək haqqında müqavilə imzalamayıb: «Biz ilk öncə mülki lazer texnologiyası istehsal edirdik. İstehsal etdiyimiz lazer texnologiyalarının satışı uğurlu olurdu. Sonra hərbçilər sifarişlər etdilər və mən onlar üçün bu işi görməkdən imtina etdim».

Alim əlavə edib ki, həbsdə olduğu müddətdə 4-5 dəfə həbsxananı dəyişiblər: «Çünki hansı həbsxanaya aparırdılar, azərbaycanlı qüvvələr ətrafıma toplanırdı, mənə hörmət edir, ölkədə baş verən xəbərləri çatdırırdılar. Onlar bundan qorxub, mənim yerimi tez-tez dəyişirdilər».

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın «Sazan Elektronics İndustry Company» şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb.

Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb.
XS
SM
MD
LG