Əfqanıstandakı koalisiya qüvvələri bu gün ölkənin şərqində yerləşən Parvan əyalətində kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açmalı olub.
Yerli sakinlər mədrəsədə dərs verən müəllimin həbsinə etiraz edirmişlər.
Müəllim 2 həftə bundan əvvəl patrul xidmətinin raket atəşinə tutulmasında şübhəli bilinir.
O, bazar günü həbs edilib.
NATO komandanlığının məlumatına görə, insident zamanı itki və ya xəsarət alan olmayıb.
Yerli sakinlər isə aksiyaçılardan birinin öldürüldüyünü deyirlər.