Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Hotelə edilmiş hücumda 30-dan çox adam ölüb


Somalinin paytaxtı Moqadişoda yaraqlıların hotelə hücumu nəticəsində 30-dan çox adam ölüb.

Bu barədə ölkənin hakim dairələri xəbər verir.

Ölənlərin arasında azı 6 yerli məmur da var.

Bu hücuma görə cavabdehli Əl Kaidə ilə əlbir olan Əl Şabaab qrupu üzərinə götürüb.

İstintaqın gəldiyi nəticəyə görə, hotelə soxulmuş yaraqlılar hərbi formada olublar.

Bundan bir gün öncə isə yaraqlılar bir neçə hərbi obyektə hücum ediblər.

Onlarla adamın öldüyü və onların əksəriyyətinin dinc skinlər olduğu bildirilir.

1990-cı ildən bu yana Somalidə vəziyyət gərgin olaraq qalmaqdadır.

Hökumət ölkə paytaxtının cəmi bir neçə rayonuna nəzarət edə bilir.
Ölkədə Afrika Birliyi ölkələrindən 6 min sülhümühavizə qüvvələri yerləşdirilib.
XS
SM
MD
LG