Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 17:31

Futbolçu polisə çağırılıb


«Bakı» futbol klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov
«Bakı» futbol klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov
«Komanda» qəzetinin müxbiri Rəşad Elgünün şikayəti əsasında «Bakı» futbol klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov avqustun 23-də Nəsimi rayon polis idarəsinin 20-ci bölməsinə çağırılıb.

Futbolçunun AzadlıqRadiosina verdiyi məlumata görə, o, polis bölməsində avqustun 22-də baş verən hadisə ilə bağlı izahat verib.

Mahmud Qurbanov «Komanda» qəzetinin redaksiyasında olduğunu, jurnalist Rəşad Elgünlə mübahisə edib dalaşdığını etiraf etsə də, redaksiya avadanlıqlarının qırılması ilə bağlı məlumatları təkzib edib.

Baş verən hadisə ilə bağlı Mahmud Qurbanova oynadığı «Bakı» futbol klubundan da xəbərdarlıq edilib.

«Komanda» qəzetinin müxbiri Rəşad Elgünün avqustun 22-də mətbuata verdiyi məlumata görə, futbolçu Mahmud Qurbanov qəzetinin redaksiyasına hücum edib, redaksiyadakı kompüterlərin bir neçəsini və qab-qacağı sındırıb.

Futbolçu həmçinin qəzetin əməkdaşlarına fiziki təzyiq göstərib, döyməyə çalışıb.
XS
SM
MD
LG