Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

Terrorçular iki ispanı azad ediblər

Noyabr ayında Mavritaniyada itkin düşmüş iki nəfər ispan azad olunub. Onları Əl-Qaidəyə bağlı terror qrupu oğurlamışdı.

İspaniya vətəndaşları Albert Vilalt və Roke Paskul “Həmrəy hərəkat” humanitar təşkilatının üzvləri olublar.

İspan mətbuatı yazır ki, terrorçular girovları tərəfdarlarından biri - Omar Uld Əhmədin Mavritaniya həbsxanasından azad olunması qarşılığında azad ediblər.

XS
SM
MD
LG