Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:04

Çinin baş naziri siyasi islahatlara çağırır


Çinin baş naziri Ven Czyabo hesab edir ki, ölkəsində iqtisadi vəziyyətin sağlamlığını qorumaq üçün təxili siyasi islahatlara ehtiyac var. Bu barədə Xinhua agentliyi məlumat verib.

Bugünlərdə Baş nazr deyib ki, əgər siyasi struktur yenilənməsə, ölkənin iqtisadi sahədə əldə etdiyi uöurları saxlamaq çətin olacaq. İqtisadiyyat özünün müasirləşmə hədəfinə çata bilməyəcək.

Baş nazir bildirib ki, hakimiyyətin mərkəzləşərək bir yerdə cəmləşməsi probleminin həlli üçün vətəndaşların hökuməti tənqid edə etmələrinə münasib şərait yaradılmalıdır. Baş nazir konkret detallar haqqında danışmasa da xalqın demokratik hüquqlarının təminat altına alınmalı olduğunu deyib.
XS
SM
MD
LG