Beynəlxalq Valyuta Fondu bildirib ki, görünməmiş sel fəlakəti yaşayan Pakistan ciddi iqtisadi problemlərlə üz-üzə qalıb. Ölkəni dirçəltməyin yollarını tapmaq üçün BVF Pakistanın dövlət büdcəsi və başqa maliyyə imkanlarını nəzərdən keçirəcək.
Fondun Yaxın Şərq və Orta Asiya üzrə direktoru Məsud Əhməd yazılı açıqlamasında əlavə edib ki, bu ağır günlərdə BVF Pakistanın yanındadır və ölkənin dirçəldilməsi üçün əlindən gələni edəcək.
Bu sel fəlakətindən əvvəl də Pakistanın BVF-a milyardlarla dollar borcu var idi. Pakistan rəsmiləri sel fəlakətindən sonra isə ölkənin normal həyata qayıtmasına ən azı 15 milyard dollar yardım lazım olacağını deyirlər.
Pakistanda ötən aydan başlayıb bir neçə həftə davam etmiş daşqınlarda 1600 nəfərə yaxın adam həlak olub, seldən ümumilikdə 20 milyon insan ziyan çəkib.