Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:24

İranlı Azərbaycana casusluqda günahlandırılır


Ermənistanda İran vətəndaşını Azərbaycanın xeyrinə casusluqda ittiahm edirlər
Ermənistanda İran vətəndaşını Azərbaycanın xeyrinə casusluqda ittiahm edirlər
Ermənistanda Azərbaycan xeyrinə casusluqda günahlandırılan İran vətəndaşı avqustun 19-da məhkəmə zalından birbaşa xəstəxanaya aparılıb. Behnam Baqeri ifadə verərkən əsəb gərginliyindən ürəyi gedib.

Baqerinin vəkili İnesa Petrosyan bildirib ki, bağlı qapılar arxasında keçirilən məhkəmədə müdafiə etdiyi şəxs ittihamçının müdaxiləsindən sonra əsəb gərginliyi keçirib, ürəyi gedib:

«O, ifadəsini fars dilində hazırlamışdı. Onu oxumağa başlayanda ittihamçı prosesə lazımsız müdaxilələr etməyə başladı. Bu isə Baqerini özündən çıxardı. O, yazdığı ifadəni cırdı və etiraz olaraq zaldan çıxmağa çalışdı. Onu qaytaranda artıq ağır vəziyyətdə idi, az qalırdı ürəyi getsin. Həkimlər Baqerini xəstəxanaya aparmağı məsləhət gördülər, çünki insult simptomları vardı».

Xəstəxanaya aparılan iranlı avqustun 19-u axşama kimi huşsuz vəziyyətdə olub. Bu barədə Baqerinin İranda ailəsinə məlumat verilib.

30 yaşlı Behnam Baqeri ötən il Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın xeyrinə casusluq etmək ittihamı ilə həbs olunub. İttihamçı tərəf onun 11 il azadlıqdan məhrum edilməsini istəyir.

Ermənistan rəsmiləri bildirirlər ki, 2009-cu ilin sentyabr ayında Baqeri istefada olan erməni podpolkovniki Qevorq Hayrapetyandan Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirə biləcək video disk alıb. Disk Baqeri Ermənistandan İrana keçərkən sərhəddə tapılıb.

Bu arada Dağlıq Qarabağ döyüşlərində iştirak edən Hayrapetyan vətənə xəyanətdə ittiham olunur, onu 13 il azadlıqdan məhrumetmə gözləyir.

Həm Baqeri, həm də Hayrapetyan ittihamları qəbul etmirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG