Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

Rusiya casusu Amerikada ev alır?


Rusiya casusları bu evdə tutulub
Rusiya casusları bu evdə tutulub
Rusiya Amerika ilə casusları dəyişmək istəyir. Təkcə ona görə yox ki, Amerikada tutulan 11 nəfər Rusiya dövlətinə işləyib. Həm də ona görə ki, tutulanlar lazım olmayan ifadələr verə bilərlər.

Tutulan 11 nəfərdən 9-u Rusiyadakı varlıların pulunu yuyurmuş – «Wall Street Journal» qəzeti Amerikanın Federal Təhqiqat Bürosundan öyrənib ki, tutulanlardan birinin sözlərinə görə, o, Amerikada evlər alırmış.

RUSİYANIN 11 CASUS SİYAHISI HAZIRDIR

Rusiya tutulanlardan birini nüvə tədqiqatçısı İqor Sityaqinə dəyişmək istəyir. Sityaqinə 2004-cü ildə 15 il həbs cəzası verilib. O, Rusiya ordusu haqda informasiyaları Britaniya şirkətinə verməkdə ittiham olunurdu. Prokurorların dediyinə görə, həmin şirkət Amerika kəşfiyyatı CİA –in rəhbərliyi altında işləyirdi.

Sityaqinin qardaşı və eyni zamanda vəkili olan Dmitri Sityaqin mətbuat konfransında deyib ki, İqoru Vyanaya, ordan da Londona aparacaqlar. Onu yəqin ki, uzun müddət görməyəcəyik.

Vəkil deyir ki, üç gün bundan qabaq Rusiya rəsmiləri İqorun saxlandığı Arxangelsk həbsxanasına gəliblər, onların yanında Amerika rəsmiləri də vardı.

İqor Sityaqin
Vəkil deyib ki, Sityaqini Amerikada tutulanlardan yalnız birinə dəyişəcəklər. Rusiya həbsxanalarında casus kimi cəza çəkənlərdən 11 nəfərin siyahısı artıq hazırdır.

CASUSLARIN MÜBADİLƏSİ İLK DƏFƏ DEYİL

Mübadilə olunacaq bu dustaqların siyahısını Sityaqinə göstəriblər, o, onlardan yalnız birini tanıyıb. Bu, Rusiya ordusunun polkovniki Sergey Skripaldır.

O, 2006-cı ildə Britaniyaya casusluq ittihamı ilə 13 il həbs cəzası alıb.

Amerika ilə keçmiş SSRİ və indi Rusiya arasında tutulan casusların mübadiləsi ilk dəfə deyil. Ən məşhur mübadilə sovet kəşfiyyatçısı Rudolf Abelin Amerika təyyarəçisi Qari Poversə dəyişdirilməsidir.

Povers 1960-cı ildə casus təyyarəsi ilə SSRİ-nin üstündən uçanda vurulmuşdu.

Amerikanın Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Börns Rusiyanın Vaşinqtondakı səfiri Kislyakla görüşüb və belə görünür, razılığa gəliblər.

Dövlət Departamenti sözçüsünün müavini Mark Törner deyib: «Görüşün əsas məqsədi Obama-Medvedev sammitinin nəticələrini müzakirə etmək idi. Casus məsələsi müzakirə olundumu? Bəli. Ancaq detalları deyə bilmərəm».
XS
SM
MD
LG