Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:35

Rusiya vertolyot daşıyan hərbi gəmi alır


Rusiyanın Müdafiə naziri Anatoli Serdıkov avqustun 20-də bildirib ki, vertolyot daşıyan iki hərbi gəmi alınması üçün beynəlxalq tender elan edirlər.

Bundan əvvəl Rusiya rəsmiləri həmin məqsədlə Fransadan Mistral hərbi gəmiləri alınmasına dair danışıqlar aparırırdılar. Bu Moskvanın bir NATO ölkəsindən aldığı ilk böyük hərbi avadanlıq olmalı idi. Amma indi Krelmdən bildirirlər ki, onlar başqa ölkələrin də təkliflərini qiymətləndirmək istəyirlər.

Serdıkov deyib ki, onlar Mistral hərbi gəmilərinin istehsalçılarının da tenderdə iştirakını gözləyirlər.

XS
SM
MD
LG