Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

Rusiya və Ermənistan arasında yeni hərbi sənəd imzalanacaq


Rusiya prezidenti Ermənistanda 2 günlük səfərdədir. Avqustun 19-da axşam saatlarında Yerevana gedən Dmitri Medvedev bu gün ermənistanlı həmkarı Serj Sarkisyanla danışıqlar aparacaq.

Səfər zamanı Rusiya hərbi bazasının müddətinin uzadılması ilə bağlı yeni sənədin imzalanacağı gözlənilir.
Ermənistanın XİN Eduard Nalbandyan deyib ki, müqaviləyə görə Rusiya bazasının Ermənistanda yerləşmə müddəti 2044-cü ilə qədər uzadılacaq. Bu müddətdə Rusiya Ermənistanı silah və müasir hərbi texnika ilə təmin edəcək.

Dmitri Medvedev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin avqustun 20-dən 22-dək Yerevanda keçiriləcək qeyri-rəsmi sammitində də iştirak edəcək.

XS
SM
MD
LG