Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Dmitri Medvedev Ermənistana gedir


Avqustun 19-da Rusiya prezidenti Dmitri Medvedev Ermənistana gedir.

Səfəri zamanı Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanmalıdır.

Sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək.

Yeni sənədlə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddəti 2044-cü ilə qədər olacaq. 1995-ci ildə imzalanmış müqavilədə bu müddət 25 il göstərilirdi.
XS
SM
MD
LG