Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Maestronun anadan olmasının ildönümü qeyd olunacaq


Görkəmli dirijor və bəstəkar Niyazinin anadan olmasının 98-ci ildönümü qeyd olunacaq.

Proqrama əsasən avqustun 20-də səhər Fəxri Xiyabanda Niyazinin məzarı ziyarət ediləcək, sonra isə maestronun ev muzeyində tədbirlər keçiriləcək.

Muzey bu tədbirlərlə yanaşı bu il ilk dəfə olaraq bəstəkarı Niyazi olan kinofilmlərin fasiləsiz nümayişini də təşkil etmək fikrindədir.

Həmçinin muzeydə sərgi təşkil ediləcək. Sərgidə Niyazinin “Xosrov və Şirin” operasının əlyazması, müxtəlif fotoşəkillər, və afişalar yer alacaq.
XS
SM
MD
LG