Keçid linkləri

2026, 18 Aprel, şənbə, Bakı vaxtı 12:26

ABŞ Senatoru Kərzayini xəbərdarlıq edib

ABŞ Senatoru Con Kerri Əfqanıstan prezidentinin korrupsiya ilə mübarizə səylərinin çox mühüm olduğunu deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Kerrinin prezident Həmid Kərzayi ilə 2 görüşü olub.

Senator xəbərdarlıq edib ki, prezident Kərzayi və hökuməti anlamalıdır ki, idarəçilikdə irəliləyiş ümidi sonsuzadək davam edə bilməz.

Kerrinin Əfqanıstana səfəri – Kərzayinin əsas məsləhətçilərindən birinin həbsindən bir neçə gün sonraya təsadüf edir. Məhəmməd Ziya Salehini rüşvət götürməkdə ittiham edirlər.
XS
SM
MD
LG