Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:21

Casus öz ölkəsi üçün necə işləyə bilər?


İqor Sutyagin
İqor Sutyagin
Soyuq müharibədən bu yana Amerika ilə Rusiya arasında həyata keçirilmiş ən böyük casus dəyiş-düyüşü zamanı azadlığa buraxılmış Rusiyanın keçmiş nüvə tədqiqatçısı İqor Sutyagin bildirib ki, o heç vaxt Qərbin xeyrinə casusluq etməyib. İndi isə mühacirətdə olduğu Britaniyadan Rusiyaya dönmək arzusundadır.

AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyib ki, o əfv üçün günahı olduğuna görə müraciət etməyib. Ona görə edib ki, ona deyibmişlər ki, ABŞ-da həbs olunmuş Rusiya casuslarının təhvil verilməsi üçün onun azadlığa buraxılması vacibdir. Bunun üçün də mütləq əfv ərizəsi yazmalıdır.

AzadlıqRadiosunun rus xidmətinin müxbiri Natalya Qolitsinanın «Siz casusluq etmisinizmi» sualına cavabındasa casus olması fikrini qəti şəkildə rədd edib:

MƏN CASUS OLMAMIŞAM

«Əlbəttə, mən casus olmamışam, heç vaxt casusluq etməmişəm. Mənim fikrimdə yalnız bir şey olub. Öz ölkəm üçün çalışmaq, öz ölkəmi düşünmək. Baxmayaraq ki, onlar məni pula işləməkdə ittiham edirlər. Ancaq mən casus olmamışam. Hətta məhkəmə zamanı prokuror məni Rusiyanın maraqlarını müdafiə etməkdə ittiham etmişdi. Yəni, o etiraf etmişdi ki, mən Rusiyanın maraqlarını müdafiə etmişəm. Casus öz ölkəsi üçün necə işləyə bilər?».

İqor Sutyagin bu müsahibəni Londonda verib. O iyulun 9-da digər 3 məhbusla birlikdə azadlığa çıxandan sonra bura gətirilib. 4 məhbus ABŞ-da həbs olunmuş 10 Rusiya casusu ilə dəyişdirilib. İqor Sutyaginin sözlərinə görə, Rusiya rəsmiləri 2005-ci ildən dəfələrlə onu əfv üçün müraciət etməyə inandırmağa çalışıblar. Lakin bundan hər dəfə imtina edib, çünki özün günahsız sayıb:

YEGANƏ ÇIXIŞ YOLU ƏFV OLUNMAQ İDİ


Sutyagin Moskva Şəhər Məhkəməsində - 07 aprel 2004
«Sonuncu dəfə həbsxanaya gəlib dedilər ki, bilirsən, yuxarıdakı bəzi adamlar istəmirlər ki, sən burada oturasan. Bunun da yalnız bir yolu var, əfv. Onlar deyə bilməzlər ki, biz səhv etmişik. Çünki belə vəziyyət onların əleyhinə işləyir. Eyni zamanda imiclərini korlamaq istəmirdilər. Yeganə çıxış yolu əfv olunmaq idi».

Sutyagin deyir ki, 2006-2007-ci illərdə ondan bunu etməsini xahiş ediblər. Bu il isə 2 rusiyalı və 3 amerikalı eyni vaxtda ondan bunu xahiş ediblər: «Mən hərə dəfə «yox» deyəndə onların necə dilxor olduğunu görürdüm».

45 yaşlı Sutyagin Rusiya haqqında mənfi məlumatları Londondakı bir firmaya ötürməkdə təqsirli bilinərək 2004-cü ildə 15 il azadlıqdan məhrum edilmişdi. O birinci dəfə Britaniyaya gətirilərkən Heathrow aeroportuna yox, Hərbi Hava Qüvvələrinin Bazasına gətirilmişdi. Onun Britaniya xüsusi xidmət orqanları tərəfindən dəfələrlə sorğu-sual edilməsi haqqında gəzən söz-söhbətləri isə o gülüşlə qarşılayır:

ONLAR MƏNDƏN GÜNDƏ 2-3 DƏFƏ EYNİ ŞEYİ SORUŞURDULAR

«Buna sorğu-sual demək olarsa, bəli, onlar məndən gündə 2-3 dəfə eyni şeyi soruşurdular. Birinci sualları o olurdu ki, yeməyə xüsusi nəsə istəyirsən? Ürəyimdən düşbərə keçirdi , ancaq bilirdim ki, tapa bilməyəcəklər, ona görə deyirdim ki, heç nə istəmirəm. İkinci sualları da o olurdu ki, biz mağazaya gedirik, nəsə istəyirsən? İstədiyim ilk şey «Pantom Of The Opera» CD-si oldu. Ona qulaq asanda ləzzət alırdım».

İqor Sutyagin Londonu Moskvaya nisbətən daha xoş, humanist hesab edir. Ancaq Rusiyaya qayıtmağa ümid edir.

Britaniya hakimiyyəti ona 6 aylıq iş vizası versə də işləmir. Vaxtını həbsxanada olduğu zaman onu dəstəkləyənlərə məktub yazmaqla keçirir, hər gün Rusiyadakı qohumlarına zəng edir.

/Tərcümə etdi: Kəbiran Dilavərli/
XS
SM
MD
LG