Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:22

Qırğızıstnda yeni toqquşma: 12 ölü, 120-dən artıq yaralı var


İyunun 10-u gecə Qırğızıstanın Oş vilayətində qarşıdurma zamanı 12 nəfər ölüb, 120-dən çox yaralı var. Səhiyyə nazirliyinin məlumatına görə, xəsarət alanların çoxunda güllə yarası var.

Qırğızıstanın müvəqqəti hökuməti bildirib ki, baş verənlər millətlər arası münaqişə zəminində olub. Xeyli sayda özbəkin yaşadığı Oş şəhərində bundan əvvəl fövqəladə vəziyyət elan olunub.

Dünən Oş, Qarassu, Arava və Uzgen rayonlarında gənclər arasında baş verən dava sonradan qarşıdurmaya çevrilib. Şəhərə daxili qoşunlar yeridilib.
XS
SM
MD
LG