Avqustun 16-da Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Abdulla Güllə prezident İlham Əliyev arasında təkbətək görüş keçirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi və bir sıra iqtisadi məsələlər müzakirə olunub.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra prezidentlər «Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə» imzalayıblar.
Abdulla Gül Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inandığını deyib:
«Ümid edirəm ki, artıq bunun da zamanı gəlib».
Prezidenti İlham Əliyev bu məsələdə Azərbaycana göstərdiyi dəstəyə görə Türkiyəyə öz minnətdarlığını bildirib.