«Yeni Müsavat» qəzetinin müxbiri Elmin Bədəlov özünün və ailə üzvlərinin təqib olunduğunu bildirir.
Jurnalist AzadlıqRadiosuna deyib ki, polis olduqlarını bildirən iki mülki geyimli şəxs bir neçə gündür onların Biləsuvar rayonundakı evlərinə gedib müəyyən araşdırmalar aparır və onun haqqında məlumat toplayırlar.
Elmin Bədəlov deyir ki, hətta həmin şəxslər onun rayondakı yaxın qohumları haqqında da məlumat toplayırlar:
«Bir müddət belə bir hal olmuşdu, mən məsələni ictimailəşdirmədim, amma srağa gün və dünən yenə də təkrarlanıb. Hətta gəlib bizim qohumların siyahısını tutublar. Onların yaşadıqları yerləri soruşublar. Amma kim olduqlarını demirlər».
Elmin Bədəlov deyir ki, o həmin şəxslərdən birinin mobil telefonuna zəng edib, onu niyə izlədiklərini soruşub:
«Mən onlardan soruşdum ki, siz kimsiz, əgər rəsmi bir qurumu təmsil edirsinizsə deyin mən də bilim. Dedilər narahat olma özümüz lazım olanda səni axtaracağıq».
Elmin Bədəlovun sözlərinə görə, «Yeni Müsavat»ın əməkdaşlarının araşdırmalarından məlum olub ki, həmin şəxslər Biləsuvar Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarıdırlar. Amma onlar bu araşdırmaların nə ilə bağlı olduğu barədə jurnalistlərə bir söz deməyiblər.
Bu barədə bəzi media hüquqları qurumlarına müraciət edən Elmin Bədəlov təqib olunmasını və haqqında məlumat toplanmasını jurnalist fəaliyyəti və son vaxtlar yazdıqları ilə əlaqələndirir.
Belə ki, o, iyulun 28-də Bakının Şüvəlan qəsəbəsində nazirlərdən birinə məxsus olduğu iddia edilən imarətin şəklini çəkərkən mühafizəçilərin zorakılığına məruz qalıb.
Daxili İşlər Nazirliyi isə Elmin Bədəlovun narahatlığına əsas görmür. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadliqRadiosuna deyib ki, Biləsuvarda polislərin evbəev gəzməsi parlament seçkiləri ilə bağlıdır. Polislər seçkilə bağlı vətəndaşların şəxsiyyət vəsiqələrinin qaydasında olub-olmadığını araşdırırlar:
«Bu, şəxsiyyət vəsiqəsi almalı olan vətəndaşların şəxsiyyət vəsiqəsi təmini ilə bağlı tədbirlərdir. Tək Bədəlovun ailə üzvləri deyil bütün rayonlarda vətəndaşların evlərinə gedilir, onlarla söhbətlər aparılır ki, vəsiqələrini seçkiyə qədər qaydasına salsınlar».