Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

XİN münasibət bildirməkdə tələsmir


“Rusiya prezidentinin səfəri reallaşsa və bu zaman Ermənistana silah-sursat verilməsinə dair iki ölkə arasında sənəd imzalansa onda məsələyə münasibət bildirmək olar”.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Rusiya prezidentinin Ermənistana gözlənilən səfəri zamanı bu ölkəyə hərbi yardım kimi silah-sursat verilməsinə dair iki ölkə arasında saziş imzalanacağı barədə yayılan məlumatları şərh edərkən deyib.

Elxan Poluxov deyib ki, nazirliyin hansısa ehtimallara münasibət bildirməsi düzgün olmazdı.

Avqustun 19-da Rusiya prezidenti Dimitri Medvedyevin Ermənistana səfəri gözlənilir.

Ermənistan mətbuatının yazdığına görə, səfər zamanı Yerevana hərbi yardım kimi müəyyən miqdarda silah-sursat verilməsinə dair sənəd imzalanacaq.

Rusiya 1996-cı ildə Ermənistana 1 milyard dollarlıq silah-sursat verib.

XS
SM
MD
LG