Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06

ABŞ-ın 2011-ci ildə qoşunlarını Əfqanıstandan çıxarması sual altındadır


Barak Obamanın verdiyi vədə uyğun olaraq ABŞ-ın 2011-ci ilin iyuluna qədər Əfqanıstandan öz qoşun hissələrini çıxara biləcəyi sual altındadır.

ABŞ generalı David Petraeus bazar günü NBC-yə verdiyi müsahibədə deyib ki, talibançılara qarşı müharibədə həm uğurlar, həm də məğlubiyyətlər var. Ona görə də yekun fikir söyləmək hələ tezdir.

Petreus qoşunların göstərilən vaxtda çıxarıla biləcəyinin müəyyən şərtlər daxilində mümkün olacağını deyib.

Usama Bin-Ladenin yeri barədə suala cavabında isə bildirib ki, onun yeri hələ məlum deyil. Ancaq onun tutulması antiterror əməliyyatın başlıca məqsədi olaraq qalır.

XS
SM
MD
LG