Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Pamuk öz pəncərəsindən açılan mənzərənin romantikasını anladır


Amerikanın nüfuzlu qəzetlərindən olan "New York Times" özünün mədəniyyət bölümündə "Dünyadakı pəncərələr" adlı rubrikaya başlayıb.

Rubrikanın ilk qonağı Nobel mükafatlı türk yazarı Orhan Pamuk olub.

Pamuk İstanbuldakı evindən görünən mənzərəni qəzet üçün qələmə alıb və rəssam Matteo Perikoli yazıçının anlatdıqları əsasında onun pəncərəsinin və İstanbulun rəsmini yaradıb.

"New York Times"dakı yazının sərlövhəsi belədir: "Rahah-hülqum"

Orxan Pamuk:
"Mənim yazı vaxtımın böyük hissəsi təxəyyülümdə növbəti cümləni qurmaqla keçir.

Beynim yeni sözlərlə məşğul olduğu bir vaxtda baxışlarım kağız və mürəkkəbli qələmin ucundan çox uzaqlarda olur.

Bu, mənim axır 15 ildə İstanbulda - pəncərəmdən gözlərimi dikdiyim mənzərədir.

Sol tərəfdəki Asiya, ortadakılar isə Bosfor və Mərmərə dənizi, eləcə də 58 il - hər il getdiyim adalardır.

Sağ tərəfdəkilər isə Altın Buynuza giriş və şəhərin - istanbulluların eski kent adlandırdıqları və dörd əsr ərzində Osmanlı sülaləsinə məskən olmuş hissəsi, o cümlədən Topkapı Sarayı, Ayasofya və Sultan Ahmet Camesidir.

Bəzən mən fəxrlə bildirirəm ki, mən - "Mənim adım qırmızı" tarixi romanını daim gözlərim önündə canlanan məkandan yazan yazıçıyam.

Hər şeylə maraqlanan qonaqlarım və evimə gələn jurnalistlər tez-tez mənə belə sual verirlər:

"Bu əsrarəngiz mənzərə sizin diqqətinizi yayındırmır ki?". Mənim cavabım bu olur ki, "yox".

Amma onu da bilirəm ki, vücudumun bir parçası daim həmin mənzərənin bəzi hissələri ilə məşğuldur - qağayıların, ağacların, kölgələrin, qayıqların hərəkətini izləyir, sanki dünyanın hələ də orada olub-olmadığını yoxlayır".

"Oxu zalı"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG